SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent

  • Deadline 11 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Titan Group komandası sosial media idarəçiliyi və foto-video kontent hazırlanması sahəsində çalışmaq istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri işə dəvət edir. Namizəd şirkətin sosial media hesablarının idarə olunması, foto-video çəkilişlərin təşkili və kontentlərin hazırlanması prosesində SMM menecerinə dəstək göstərəcək. İş prosesi zamanı sosial media platformaları üçün kreativ və keyfiyyətli kontentlərin hazırlanmasında iştirak edəcək.

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin sosial media hesabları üçün gündəlik kontentlərin hazırlanmasına dəstək göstərmək;
  • Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərində iştirak etmək;
  • Foto və video çəkilişlərinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
  • Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;
  • Çəkilmiş foto və videoların ilkin montajını və redaktəsini həyata keçirmək;
  • Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;
  • Sosial media trendlərini izləmək və uyğun formatları tətbiq etmək;
  • Kontent planının hazırlanması və icrasında SMM menecerinə kömək etmək;
  • Sosial media paylaşımlarının hazırlanması və vaxtında yerləşdirilməsində iştirak etmək;
  • Kontentlərin vizual keyfiyyətinə və ümumi estetik görünüşünə diqqət yetirmək.

Namizədə dair tələblər:

  • SMM və foto-video kontent sahəsinə maraq;
  • Foto və video çəkilişlərinə həvəs;
  • Peşəkar kamera ilə işləmək bacarığı və ya bu sahədə inkişaf etmək istəyi;
  • CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
  • Instagram və TikTok platformalarını yaxşı tanımaq;
  • Kreativ düşüncə və estetik baxış;
  • Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq;
  • Komanda ilə işləmək bacarığı.

İş şərtləri:

  • Əmək haqqı: 450 AZN;
  • Peşəkar Canon kamera ilə işləmək və real çəkiliş təcrübəsi əldə etmək imkanı;
  • SMM və foto-video kontent sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.

İş qrafiki və ünvan:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
  • İş ünvanı: Binə qəsəbəsi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent”

  • Daily120
  • Weekly158
  • Monthly742