Şirkətimiz şəxsi avtomobili olan məsuliyyətli və təcrübəli sürücü axtarır.
İş şəraiti
- İş yeri: Binə qəsəbəsi, Bakı
- Əmək haqqı: 1 000 AZN
- İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
- Yanacaq: Şirkət tərəfindən təmin edilir
- Şərt: Namizədin şəxsi avtomobili olmalıdır.
Namizədə tələblər:
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Minimum 3 il sürücülük təcrübəsi;
- Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
- Şəxsi avtomobilinin texniki cəhətdən saz vəziyyətdə olması;
- Yol hərəkəti qaydalarına ciddi riayət etmək;
- Məsuliyyətli, intizamlı və punktual olmaq;
- Səliqəli görünüş və nəzakətli ünsiyyət;
- Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas vəzifələr:
- İşçilərin və/və ya rəhbərliyin müəyyən edilmiş marşrutlar üzrə təhlükəsiz daşınmasını təmin etmək;
- Təyin olunmuş ünvanlara vaxtında çatdırılmanı təmin etmək;
- Avtomobilin təhlükəsiz və düzgün idarə olunması;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları icra etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.