Titan Group komandası sosial media idarəçiliyi və peşəkar foto-video çəkiliş sahəsində inkişaf etmək istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir. Proqram çərçivəsində iştirakçılar real iş mühitində çalışaraq SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin sosial media hesabları üçün kontentlərin hazırlanmasında iştirak etmək;
- Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərini həyata keçirmək;
- Foto və video çəkilişlərinin hazırlanması və təşkilində iştirak etmək;
- Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;
- Çəkilmiş foto və videoların montajını həyata keçirmək;
- Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;
- Sosial media trendlərini izləmək və yeni formatları tətbiq etmək;
- Kontent planının hazırlanması və icrasında iştirak etmək.
Namizədə dair tələblər:
- SMM və foto-video kontent sahəsinə maraq;
- Foto və video çəkilişlərinə həvəs və bu sahədə inkişaf istəyi;
- Peşəkar kamera ilə işləməyi öyrənməyə maraq;
- CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığının olması üstünlükdür;
- Instagram və TikTok platformalarını yaxşı tanımaq;
- Kreativ düşüncə və estetik baxışa malik olmaq;
- Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
- Komanda ilə işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
- Müddət: İlk 2 ay ödənişsiz təcrübə proqramı;
- Praktiki təcrübə: Peşəkar Canon kamera ilə real çəkiliş proseslərində iştirak;
- İnkişaf imkanları: SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;
- İşə qəbul imkanı: Təcrübə proqramını uğurla tamamlayan namizədin şirkətdə 500 AZN başlanğıc əmək haqqı ilə işə qəbul olunma imkanı;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
- İş ünvanı: Binə qəsəbəsi.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur:
“SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi – Təcrübə Proqramı”