Toyota Gəncə Mərkəzi Toyota Gəncə Mərkəzi
  • 320
Toyota Gəncə Mərkəzi

Toyota Gəncə Mərkəzi

Wholesale & Retail Trade , Specialty Retail

Servis meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Servis meneceri

  • Deadline 1 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza avtomobil servisi sahəsində təcrübəli, güclü idarəetmə bacarıqlarına malik və nəticəyönümlü Servis meneceri axtarırıq.

Namizədə əsas tələblər:

  • Avtomobil servisi sahəsində iş və idarəetmə təcrübəsi
  • Servis prosesləri, texniki xidmət və təmir əməliyyatları barədə ətraflı bilik
  • İngilis və rus dillərini minimum C1 səviyyəsində bilmək — C2 səviyyəsi üstünlükdür
  • Komandanı idarə etmək və əməkdaşların fəaliyyətini düzgün təşkil etmək bacarığı
  • Güclü ünsiyyət, təqdimat və problem həll etmək bacarığı
  • Müştəriyönümlü və nəticəyönümlü yanaşma
  • Servis göstəricilərini və KPI-ları təhlil etmək bacarığı
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

Əsas vəzifələr:

  • Servis şöbəsinin gündəlik fəaliyyətinin planlaşdırılması və idarə edilməsi
  • Avtomobillərin texniki xidmət və təmir proseslərinə nəzarət edilməsi
  • İş bölgüsünün və servis qəbulunun düzgün təşkil edilməsi
  • Görülən işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərə nəzarət edilməsi
  • Müştəri müraciətlərinin, iradlarının və şikayətlərinin operativ şəkildə idarə olunması
  • Müştəri məmnuniyyətinin və servis keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsi
  • Servis üzrə satış, məhsuldarlıq və gəlirlilik göstəricilərinin izlənilməsi
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin edilməsi
  • Toyota-nın korporativ, texniki və müştəri xidməti standartlarının tətbiq edilməsi
  • Servis fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

 Peşəkarlıq tələbləri:

  • Komanda ilə çalışmaq bacarığı;
  • Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;

Digər məlumatlar:

  • İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
  • İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00
  • Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily115
  • Weekly584
  • Monthly225