Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil
- Satınalma və ya təchizat zənciri idarəçiliyi üzrə sertifikatlar (CIPS və ya digər müvafiq sertifikatlar üstünlükdür).
- Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən aparıcı vəzifələrdə ən azı 2 il təcrübə.
- Təchizat zənciri idarəçiliyi və ya layihə idarəçiliyi üzrə təcrübə üstünlükdür.
- Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
- Aşağıdakı proqram və sistemlərdə təcrübə: MS Office (Xüsusən Excel), 1C
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Müsahibə yolu ilə
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə Aparıcı Mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.