STEAM və Beynəlxalq Yarışlar üzrə Mentor

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

STEAM və Beynəlxalq Yarışlar üzrə Mentor

  • Истекает 14 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas Vəzifə və Öhdəliklər:

  • Tələbə və komandaları yerli və beynəlxalq STEAM/Robototexnika yarışlarına, hakatonlara yüksək səviyyədə hazırlamaq;
  • Yarış formatlarına uyğun praktiki və nəzəri dərs proqramlarının (kurikulum) hazırlanması və tədrisi;
  • Müvafiq sahə üzrə qrant proqramlarını, beynəlxalq müsabiqələri və mükafatları (awards) mütəmadi izləmək, komandanı bu istiqamətdə yönləndirmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, məsuliyyətlə və effektiv şəkildə icra etmək.

Namizədə dair Tələblər:

  • Təhsil və İxtisas: Mexanika, Elektronika, Mexatronika, Robototexnika, Kompüter Mühəndisliyi və ya müvafiq sahələr;
  • Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Pedaqoji təcrübənin olması üstünlükdür);
  • Dil Bilikləri: İngilis dillərini mükəmməl səviyyədə bilmək (Dərslərin tədrisi və beynəlxalq yarış materiallarının araşdırılması üçün vacibdir. Rus dili üstünlükdür);
  • STEAM layihələrində, mühəndislik yarışlarında və ya hakatonlarda öncədən iştirak təcrübəsi;
  • Uşaqlar və gənclərlə işləmək bacarığı, onlara mentorluq etmək həvəsi;
  • Şəxsi keyfiyyətlər: Güclü ünsiyyət, təqdimat və geniş araşdırma (research) bacarığı.

Biz Nə Təklif Edirik?

  • Beynəlxalq layihələrdə və qlobal yarışlarda təcrübə qazanmaq imkanı;
  • Dinamik, innovativ və davamlı inkişaf edən komanda mühiti;
  • Peşəkar potensialınızı reallaşdırmaq üçün geniş imkanlar.

Göstərilən tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “STEAM və Beynəlxalq Yarışlar üzrə Mentor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily96
  • Weekly368
  • Monthly1432