Onlayn satış və sosial media üzrə mütəxəssis

  • Истекает 21 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Transformers Azerbaijan komandamıza onlayn satış və sosial media istiqamətində çalışacaq, ünsiyyətcil və məsuliyyətli əməkdaş axtarıq.

Vəzifə öhdəlikləri

  • Instagram, TikTok və digər onlayn kanallardan daxil olan müştəri müraciətlərinin cavablandırılması;
  • Müştərilərə məhsullar, qiymətlər və xüsusiyyətlər barədə düzgün məlumat verilməsi və satışın həyata keçirilməsi;
  • Onlayn sifarişlərin qəbul edilməsi, qeydiyyatı və izlənilməsi;
  • Müştərilərlə peşəkar, nəzakətli və satış yönümlü ünsiyyətin qurulması;
  • Məhsulların sosial media üzərindən satışının təşkilində iştirak;
  • Ehtiyac olduqda Instagram Reels, TikTok və digər sosial platformalar üçün məhsulların qısa videolu təqdimatlarının hazırlanmasında və çəkilişlərdə iştirak;
  • Kamera qarşısında məhsulların sadə, səlis və maraqlı formada təqdim edilməsi;
  • Satış və gündəlik ofis işlərinin kompüter üzərindən aparılması;
  • Ofis daxilində komanda ilə koordinasiyalı işləmək.

Namizədə tələblər

  • Azərbaycan dilində sərbəst və səlis danışıq;
  • Rus dili biliyi üstünlükdür;
  • Satış və müştəri ilə ünsiyyət bacarığı;
  • Kompüter və internetdən sərbəst istifadə bacarığı;
  • Instagram, TikTok və digər sosial media platformaları haqqında anlayış;
  • Kamera qarşısında sərbəst danışmaq və məhsul təqdim etmək bacarığı;
  • Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq;
  • Komandada işləmək bacarığı;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
  • Satış və ya onlayn satış sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 10:30–18:00
  • Şənbə: 10:00–13:00
  • Bazar: istirahət günü
  • Əməkhaqqı: 500 AZN + satış nəticələrinə əsaslanan bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly138
  • Monthly1864