Vəzifənin Məqsədi
- Bu vəzifənin əsas məqsədi, əməkdaşların iş effektivliyini artırmağa, korporativ mədəniyyəti gücləndirməyə və komandanın davamlı böyüməsini təmin etmək üçün gündəlik əsasda istedad axtarışı və işə qəbul proseslərini dəstəkləməkdir.
 
Əsas Vəzifə Öhdəlikləri
- Namizədlərin seçimi: CV-ləri yoxlamaq, potensiallarını və komandaya uyğunluğunu qiymətləndirərək ən uyğun namizədlərlə görüşlər təşkil etmək.
 - İstedad bazasının idarə edilməsi: Potensial namizədlər bazasını aktiv şəkildə idarə etmək və daimi olaraq yeni istedadlar axtarmaq.
 - İş təsvirlərinin hazırlanması: Vəzifələrə uyğun dəqiq və cəlbedici iş təsvirlərini yazmaq.
 - Mədəniyyətin inkişafı: Komanda daxilində korporativ mədəniyyətin qurulması proseslərində fəal iştirak etmək.
 - Onbordinq və İnkişaf: Yeni əməkdaşların onbordinq (işə öyrəşmə) prosesinə kömək etmək və onların tam potensialını açmasına dəstək olmaq.
 - KPI qiymətləndirilməsi: Rəhbərliklə birlikdə ümumi Əsas Performans Göstəricilərinin (KPI) qiymətləndirmə prosesini təşkil etmək.
 - İş proseslərinin təkmilləşdirilməsi: İş effektivliyini və keyfiyyətini artırmaq üçün yeni strategiyaların inteqrasiyası və daha yaxşı ekosistemin inkişafı prosesində iştirak etmək.
 
Tələb Olunan Keyfiyyətlər və Bacarıqlar
Tələblər
- Proaktivlik (təşəbbüskarlıq) və Məsuliyyət.
 - İnsan Resursları sahəsində 1-3 il iş təcrübəsi.
 - Kompüter bilikləri (xüsusilə Excel, Google Docs proqramları ilə işləmək bacarığı).
 
Üstünlük Verilənlər
- Rus və İngilis dilləri biliyi.
 
İş Şərtləri
- İş qrafiki: Bazar ertəsi – Cümə (həftədə 5 gün)
 - Saat 09:00-dan 18:00-dək VƏ YA 10:00-dan 19:00-dək (razılaşma yolu ilə).
 - İş yeri: Bakı şəhəri, Bayıl ərazisi, Sabah Residence (ofisdaxili iş).
 
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.