İş şəraiti
- Şirkət: TREVA / Satış Departamenti
- İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
- Məşğulluq növü: Tam ştat
Vəzifə Öhdəlikləri:
- Müstəqil brokerlərin və daşınmaz əmlak agentliklərinin cəlb edilməsi və əməkdaşlığa qoşulmasının təmin edilməsi;
- TREVA layihələrinin və brokerlər üçün nəzərdə tutulan komissiya sisteminin təqdim edilməsi;
- Brokerlərin fəaliyyəti və müştəri statuslarının CRM sistemləri (Bitrix, Profitbase) üzərindən izlənməsi və nəzarətdə saxlanılması;
- Müqavilələrin bağlanması, ödənişlərin aparılması və sənədləşmə prosesinə nəzarət;
- Brokerlər üçün satış və layihələrə dair materialların mütəmadi yenilənməsi və aktual saxlanılması;
- Brokerlərlə daimi kommunikasiya və onların aktivliyinin qorunması;
- Brokerlərin fəaliyyəti və satışların gedişi barədə həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Yeni brokerlər üçün layihələr, sistemlər və satış prosesləri üzrə ilkin təlimlərin təşkili və dəstəyin göstərilməsi;
- Komissiyaların düzgün uçotu və vaxtında ödənilməsinin təmin edilməsi məqsədilə maliyyə şöbəsi ilə əməkdaşlıq;
- Brokerlərdən daxil olan rəy və təkliflərin marketinq şöbəsinə ötürülməsi, material və strategiyaların təkmilləşdirilməsi üçün dəstək verilməsi;
- Brokerlər vasitəsilə bazar məlumatlarının və müştəri etirazlarının toplanması, rəhbərliyə təqdim edilərək satış strategiyasının optimallaşdırılması.
Tələblər:
- CRM sistemləri (Bitrix, Profitbase və ya oxşar platformalar) ilə işləmə bacarığı;
- Güclü ünsiyyət, izah və təqdimat qabiliyyəti;
- Analitik düşünmə, hesabat aparma və məlumatları sistemləşdirmə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Rus dili tələb olunur, ingilis dili bilikləri üstünlükdür;
- Komandada işləmə bacarığı, məsuliyyətlilik və operativlik.
Şirkətin Təklifləri:
- Yüksək bonuslar;
- Profesional və müasir iş mühiti;
- Karyera inkişafı və peşəkar təlim imkanları;
- Şirkət tərəfindən tam dəstək və lazım olan resurslarla təminat.
Müraciət etmək üçün CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.