Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 31 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Vəzifə öhdəlikləri

  • Potensial müştərilərlə peşəkar ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyənləşdirərək uyğun daşınmaz əmlak layihələrini təqdim etmək;
  • Şirkətin portfelində olan layihələr (mənzillər) haqqında dolğun, dəqiq və peşəkar məlumat vermək;
  • Müştərilərin suallarını operativ və əsaslandırılmış şəkildə cavablandırmaq, layihələrin üstünlüklərini effektiv təqdim etmək;
  • Satış planına və müəyyən edilmiş aylıq hədəflərə nail olmaq;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək;
  • Satış prosesini CRM sistemində düzgün idarə etmək və müvafiq hesabatları hazırlamaq;
  • Müştəri məmnuniyyətini təmin etmək, satışdan sonrakı proseslərin koordinasiyasında iştirak etmək;
  • Satış nəticələrinin artırılması üçün yeni ideya və təşəbbüslərlə çıxış etmək.

Tələblər

  • Satış sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dilində səlis danışıq bacarığı;
  • Rus dili biliyi üstünlük hesab olunur;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və satış bacarıqları;
  • Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək motivasiya;
  • Komanda ilə effektiv işləmək bacarığı.

Şirkət təklif edir

  • Rəqabətqabiliyyətli əmək haqqı və yüksək bonus sistemi;
  • Müasir və komfortlu iş mühiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı təlim və inkişaf proqramlarında iştirak imkanı;
  • Güclü və dinamik komandanın üzvü olmaq imkanı.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly552
  • Monthly14