TREVA TREVA
  • 352

TREVA

Digər

Satış üzrə Koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Koordinator

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
  • Məşğulluq növü: Tam ştat

Vəzifə Öhdəlikləri:

  • Satış komandasının gündəlik fəaliyyətinə dəstək göstərmək və iş proseslərini koordinasiya etmək;
  • CRM sistemində (Bitrix, Profitbase və ya oxşar) məlumatların düzgün və vaxtında daxil edilməsinə nəzarət etmək;
  • Müştəri müraciətlərinin CRM üzərindən yönləndirilməsi və statusların yenilənməsinə kömək göstərmək;
  • Satış menecerlərinə sənədləşmə, müqavilələrin hazırlanması və arxivləşdirmə prosesində dəstək olmaq;
  • Satış hesabatları, siyahılar və məlumat cədvəllərinin hazırlanmasına yardım etmək;
  • Layihə materiallarının (qiymət cədvəlləri, təqdimatlar və s.) yenilənməsinə və sistemə yerləşdirilməsinə dəstək göstərmək;
  • Komanda daxilində operativ kommunikasiya və informasiya axınının düzgün təmin olunmasına kömək etmək;
  • Satış proseslərinin daha səmərəli idarə edilməsi üçün texniki (İT) həllər və optimizasiya imkanlarını araşdırmaq və təkliflər vermək.

Tələblər:

  • CRM sistemləri ilə işləmə bacarığı;
  • İT yönümlü bilik və maraq (sistemlərlə işləmə, texniki düşüncə, data ilə işləmə);
  • Satış administrasiyası və ya ofis koordinasiyası sahəsində təcrübə arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Diqqətcil, məsuliyyətli və öyrənməyə açıq olmaq;
  • Yaxşı kommunikasiya və komandada işləmə bacarığı;
  • Rus və ingilis dili bilikləri arzuolunandır.

Şirkətin Təklifləri:

  • Peşəkar inkişaf üçün təlimlər və real praktiki təcrübə;
  • Müasir və rahat iş mühiti;
  • Gələcəkdə yüksəliş və daha məsuliyyətli rollara keçid imkanı;
  • Rəhbərlik və komanda tərəfindən tam texniki və metodiki dəstək;
  • Bonus və motivasiya imkanları.

Müraciət etmək üçün CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly243
  • Monthly243