TREVA TREVA
  • 969

TREVA

Other

Satış üzrə Koordinator – Təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Koordinator – Təcrübəçi

  • Deadline 21 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
  • Məşğulluq növü: Tam ştat (Təcrübə proqramı)

Vəzifə Öhdəlikləri:

  • Satış komandasının gündəlik fəaliyyətinə dəstək göstərmək və iş proseslərinin koordinasiyasında iştirak etmək;
  • CRM sistemində (Bitrix, Profitbase və ya oxşar) məlumatların daxil edilməsi, yenilənməsi və yoxlanılması proseslərinə yardım etmək;
  • Müştəri müraciətlərinin CRM üzərindən yönləndirilməsi və statusların yenilənməsində satış komandasına dəstək olmaq;
  • Sənədləşmə işlərində, müqavilələrin hazırlanması və arxivləşdirilməsində satış menecerlərinə kömək göstərmək;
  • Satış hesabatları, siyahılar və məlumat cədvəllərinin hazırlanmasında komandaya dəstək vermək;
  • Layihə materiallarının (qiymət cədvəlləri, təqdimatlar və s.) yenilənməsi və sistemə yerləşdirilməsi proseslərində iştirak etmək;
  • Komanda daxilində operativ kommunikasiya və informasiya axınının düzgün təşkilinə yardım etmək;
  • Satış proseslərinin səmərəliliyini artırmaq üçün texniki (İT) həllər və optimizasiya üzrə araşdırmalarda iştirak etmək.

Tələblər:

  • CRM sistemləri ilə işləməyə maraq və öyrənməyə hazırlıq;
  • İT yönümlü düşüncə, sistemlərlə işləməyə meyillilik və data ilə işləmək bacarığı;
  • Satış administrasiyası və ya ofis koordinasiyası sahəsində ilkin biliklər və ya maraq (təcrübə üstünlükdür, lakin tələb olunmur);
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Diqqətcil, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
  • Yaxşı kommunikasiya bacarığı və komanda ilə işləmək qabiliyyəti;
  • Rus və ingilis dili bilikləri arzuolunandır.

Şirkətin Təklifləri:

  • Peşəkar inkişaf üçün təlimlər və real praktiki təcrübə qazanmaq imkanı;
  • Müasir və rahat iş mühiti;
  • Uğurlu namizədlərin gələcəkdə yüksək və məsuliyyətli vəzifələrə keçid imkanı;
  • Rəhbərlik və komanda tərəfindən tam texniki və metodiki dəstək;

Müraciət etmək üçün CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily93
  • Weekly190
  • Monthly190