Vəzifə öhdəlikləri
- İxrac və idxal əməliyyatları üzrə CMR, Packing List və Invoice sənədlərinin yoxlanılması;
- Qısa idxal bəyannamələrinin hazırlanması və sistemə daxil edilməsi;
- Yük avtomobilləri gömrük ərazisinə daxil olduqda rəsmiləşdirmə prosesinin izlənilməsi;
- Gömrük rəsmiləşdirilməsinin vəziyyəti barədə müştərilərin məlumatlandırılması;
- Yüklərin təyinat bazalarına yönləndirilməsi və koordinasiyası;
- Sürücülər, gömrük nümayəndələri və müştərilərlə operativ əlaqənin təmin edilməsi.
Namizədə tələblər
- Ali təhsil (logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- Logistika və ya müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- CMR, Packing List və Invoice sənədləri ilə işləmək bacarığı;
- Gömrük prosedurları və qısa idxal bəyannamələri barədə məlumatlılıq;
- MS Office proqramlarından istifadə bacarığı;
- Ünsiyyət və koordinasiya bacarıqları;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
Təklif edirik
- 700–1000 AZN əməkhaqqı + (bonus);
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- İş yeri: Bakı şəhəri
- Peşəkar inkişaf və beynəlxalq logistika sahəsində təcrübə qazanmaq imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.