B2B Satış və Brend Təmsilçisi

  • Истекает 11 октябрь 2026

Hazırda şirkətimizi biznes mühitində layiqincə təmsil edəcək və məhsullarımızın təşviqində iştirak edəcək aktiv Brend Təmsilçisi axtarırıq.

Sizin rolunuz: Bu vəzifədə siz həm B2B sektorunda (premium butiklər, restoranlar, tibb və gözəllik mərkəzləri) yeni korporativ müştərilərin cəlb olunmasına cavabdeh olacaq, həm də şirkətimizin daxili rəqəmsal məhsullarının hədəf kütləsinə tanıdılmasını həyata keçirəcəksiniz.

Öhdəlikləriniz:

  • Potensial biznes sahibləri və idarəedicilərlə görüşərək Trywex Tech-in rəqəmsal xidmətlərini peşəkar şəkildə təqdim etmək. 
  • Şirkətimizin öz istehsalı olan daxili məhsulların və tətbiqlərin PR-ı və hədəf kütlə arasında təşviqi istiqamətində fəaliyyət göstərmək. 
  • Müştərinin ehtiyaclarını analiz edərək maraq yaratmaq və sonrakı texniki proseslər üçün komandamıza yönləndirmək.
  • Öz iş qrafikini və görüş marşrutlarını sərbəst, lakin effektiv şəkildə planlaşdırmaq.

Namizədə tələblər:

  • Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarığı. 
  • Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti (Rus dili biliyi əlavə üstünlükdür);
  • IT sahəsində dərin biliklər tələb olunmur (xidmətlərimiz və daxili məhsullarımız haqqında tam təlim Trywex Tech tərəfindən keçiriləcək). 
  • Dinamik iş mühitini, yeni insanlarla tanış olmağı və networking qurmağı sevən.
  • Xüsusi qeyd: Hədəf auditoriyamızın xüsusiyyətlərinə uyğun olaraq bu vakansiya üzrə xanım namizədlərə üstünlük verilir, lakin insanlarla rahat əlaqə qura bilən həvəsli namizədlər də dəyərləndiriləcək.

Biz nə təklif edirik?

  • Sərbəstlik: Öz zamanınızı idarə etmək imkanı. Sərbəst iş qrafiki ilə hədəfyönümlü çalışma.
  • Şəffaf gəlir: Nəticəyə əsaslanan yüksək maliyyə motivasiyası (hər uğurlu B2B layihəsindən və məhsul təşviqindən cəlbedici bonus/ faiz).
  • Komanda dəstəyi: Bütün texniki sualların cavablandırılması, xidmətlərimiz və daxili məhsullarımız haqqında təlim biz tərəfdən keçiriləcək
  • Karyera inkişafı: Müasir IT və startap ekosisteminin bir parçası olmaq, şəhərin qabaqcıl biznes sahibləri ilə dəyərli əlaqələr qurmaq fürsəti.

Dinamik mühitdə çalışmağı sevirsinizsə və peşəkar IT şirkətinin siması olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily8
  • Weekly615
  • Monthly1091