Turan Legal and Tax Services LLC Turan Legal and Tax Services LLC
  • 586

Turan Legal and Tax Services LLC

Прочее

İnsan resursları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan resursları üzrə mütəxəssis

  • Истекает 6 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Turan Legal and Tax Services” MMC namizədləri İnsan resursları üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Əgər siz də bu komandanın bir parçası olmaq, və gələcəyinizi bizimlə birlikdə qurmaq istəyirsinizsə, mütəxəssis kimi sizi komandamızda görməkdən məmnun olarıq.

Tələblər: 

  • Ali təhsil;
  • İnsan resursları sahəsində təcrübə ən azı 3 il, (Consulting şirkətdə təcrübə üstünlükdür)  
  • MS Office (xüsusilə Excel) üzrə biliklər yüksək səviyyədə, Outlook;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis şifahi və yazılı ünsiyyət, İngilis dili üstünlükdür;
  • Kommunikasiya;  
  • Diqqətli, işinə maraq və məsuliyyət;  
  • Komanda ilə işləmək bacarığı;
  • Gərgin iş prosesində təmkinli, və stressə davamlı;
  • Xanım namizəd;
  • Yaş həddi 25-35

Vakansiya haqqında məlumat: 

  • Qanunvericiliyin tələblərinə uyğun insan resursları sahəsində əməliyyatlar üzrə bilik və təcrübə;
  • Müqavilələrin, əmrlərin hazırlanması, imzaladılması (ƏMAS, SİMA);
  • Əmək müqavilələrinin dəyişiklikləri ilə bağlı sənədlərin tərtibi və imzaladılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması müvafiq qaydaya uyğun yoxlanılması və zəruriyyət yarandığı təqdirdə müntəzəm olaraq dəyişikliklərin edilməsi və qeydiyyatı;
  • Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi; müqavilə müddətinin izlənilməsi, bildirişlərin vaxtında göndərilməsi və s.
  • Məzuniyyət cədvəlinin hazırlanması, və onun monitorinqi;
  • İşdən azad olunan işçilərin təhvil-təslim prosesinin həyata keçirilməsi;
  • ƏMAS, SİMA, İSB, E.gov (Xəstəlik vərəqələri) üzərindən əməliyyatların icrası.
  • İR üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti

  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibədə müəyyən ediləcəkdir;
  • Tam iş vaxtı
  • İş günləri: 5 gün

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini  “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily7
  • Weekly679
  • Monthly686