TuranBank ASC TuranBank ASC
  • 139

Data mühəndisliyi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Data mühəndisliyi üzrə mütəxəssis / aparıcı mütəxəssis

  • Deadline 6 Dekabr 2026

Əsas vəzifə öhdəlikləri

  • Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
  • Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
  • Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
  • Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
  • Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
  • Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
  • Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.

 ​​​​​​Namizədə dair tələblər

  • Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
  • Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
  • ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
  • Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
  • Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
  • Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
  • Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
  • İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.

Üstünlük verilir:

  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
  • Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
  • Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

  • Daily10
  • Weekly575
  • Monthly576