TuranBank ASC TuranBank ASC
  • 536

TuranBank ASC

Banks , Financial services

Bank əməliyyatları üzrə layihələrin idarə edilməsi sahəsinə- mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Bank əməliyyatları üzrə layihələrin idarə edilməsi sahəsinə- mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

  • Истекает 23 август 2025

İşin təsviri:

  • Rəqiblərin araşdırılması, trendlərin izlənməsi və təhlili;
  • Layihənin yol xəritəsinin (roadmap) hazırlanması və mərhələli şəkildə icrası;
  • Bankın digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • İstifadəçi ehtiyaclarının və davranışlarının təhlili, təkliflərin hazırlanması, biznes istəyin formalaşdırılması;
  • Mövcud proseslərin təhlili, inkişaf istiqamətlərinin müəyyən olunması və davamlı təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün təkliflərin verilməsi; 
  • İcra olunan layihələr üzrə hesabatların və təqdimatların hazırlanması, rəhbərliyə təqdim olunması.

Namizədə olan tələblər: 

  • Ali təhsil; 
  • Bank hesablarının açılması və hesablar üzrə əməliyyat biliklərinə malik olmaq;
  • Ölkə xarici və Ölkə daxili ödəniş sistemləri üzrə biliklərə malik olmaq;
  • Hüquqi şəxs əməliyyatları üzrə biliklərə malik olmaq;
  • Azərbaycan dilində səlis nitq bacarığı (Rus və İngilis dili biliyi əlavə üstünlükdür),
  • Microsoft Office proqramlarında (MS Word və MS Exell) sərbəst işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Səlis ünsiyyət bacarığı;
  • Dürüstlük və operativlik;
  • Məsuliyyətlilik və diqqətlilik;
  • Şəffaflıq və korporativ davranış qaydalarına riayət etmək;
  • Analitik düşüncə, problem həll etmə və yaradıcı yanaşma bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;

Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

  • Daily10
  • Weekly588
  • Monthly2301