Vəzifəyə olan tələblər:
- Yaş həddi: 25-40
- Ali iqtisadi təhsil;
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Yazılı və şifahi formada yüksək formada fikrini izah edə bilmə;
- Mütəmadi ezamiyyətlərdə olmaq;
- Dəqiqlik, detallara qarşı diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi;
- Filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması;
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi;
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi;
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması;
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.