Məhsulların İnkişafı şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi

  • Истекает 9 ноябрь 2026

İşin təsviri:

-Rəqiblərin araşdırılması, trendlərin izlənməsi və təhlili;

-İstifadəçi ehtiyaclarının və davranışlarının təhlili, təkliflərin hazırlanması, biznes istəyin formalaşdırılması;

-Mövcud proseslərin təhlili, inkişaf istiqamətlərinin müəyyən olunması və davamlı təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün təkliflərin verilməsi;

-Layihənin yol xəritəsinin (roadmap) hazırlanması və mərhələli şəkildə icrası;

-Bankın digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;

-Kənar şirkətlər ilə danışıqların aparılması və inteqrasiyası üzrə işlərin idarə edilməsi;         

-İcra olunan layihələr üzrə hesabatların və təqdimatların hazırlanması, rəhbərliyə təqdim olunması.

Namizədə olan tələblər: 

-Maliyyə, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil;

-Mobil və İnternet Bankçılıq, bank əməliyyatları üzrə biliklərə malik olmaq;

-Biznes, İT komandaları ilə işləmək və effektiv koordinasiya aparmaq bacarığı;

-Güclü kommunikasiya, danışıqlar və təqdimat bacarıqları;

-Analitik düşüncə, problem həll etmə və yaradıcı yanaşma bacarıqları;

-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

 

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

  • Daily4
  • Weekly592
  • Monthly842