UX/UI Designer

  • Deadline 2 Oktyabr 2026

Vəzifə haqqında

  • Rəqəmsal məhsulların, mobil tətbiqlərin və veb platformaların istifadəçi təcrübəsinin və vizual interfeysinin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edəcək UX/UI Designer axtarılır.
  • Namizəd istifadəçi ehtiyaclarını, biznes tələblərini və müasir UX/UI prinsiplərini nəzərə alaraq intuitiv, funksional və istifadəsi rahat interfeyslərin hazırlanmasında iştirak edəcək.

Əsas vəzifə öhdəlikləri

  • Mobil tətbiq və veb platformalar üçün UX/UI dizaynlarının hazırlanmasında iştirak etmək;
  • Biznes tələblərini və istifadəçi ehtiyaclarını analiz edərək uyğun UX həllərinin hazırlanmasında iştirak etmək;
  • Wireframe, User Flow, Information Architecture və Interactive Prototype-ların hazırlanması;
  • Mobil və veb interfeyslərin müxtəlif ekran ölçülərinə və platformalara uyğunlaşdırılmasını təmin etmək;
  • Mövcud məhsullarda UX problemlərini müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Yeni məhsul və funksionallıqlar üzrə UX/UI araşdırmaları, istifadəçi ssenariləri və benchmark analizləri aparmaq;
  • Rəqib məhsulların və bazar həllərinin araşdırılmasında iştirak etmək;
  • İstifadəçi yönümlü və intuitiv interfeyslərin hazırlanmasına dəstək olmaq;
  • Design System və komponent kitabxanasının hazırlanması və inkişafında iştirak etmək;
  • Mövcud məhsullarda UI consistency və vahid dizayn standartlarını qorumaq;
  • Figma-da Components, Variants, Auto Layout və digər dizayn imkanlarından effektiv istifadə etmək;
  • Hazırlanmış dizaynların developer komandaya və biznes analitiklərə düzgün şəkildə təhvil verilməsini təmin etmək;
  • Developer-lərlə əməkdaşlıq edərək dizaynların texniki reallaşdırılmasını dəstəkləmək;
  • Dizayn həllərinin usability və user-centered design prinsiplərinə uyğunluğunu təmin etmək;
  • Hazırlanmış dizaynların istifadəçi və biznes tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri təkmilləşdirmələri həyata keçirmək.

Namizədə tələblər

  • UX/UI Design sahəsində minimum 1 il iş təcrübəsi və portfolio;
  • Figma ilə işləmək üzrə yaxşı praktiki bacarıqlar;
  • Auto Layout, Components, Variants və Design System haqqında biliklər;
  • Mobil tətbiq və veb interfeys dizaynı üzrə əsas biliklər;
  • UX prinsipləri, usability, accessibility və User-Centered Design haqqında anlayış;
  • User Flow, Wireframe və Prototype hazırlamaq bacarığı;
  • • Komponent əsaslı dizayn və Design System ilə işləmək haqqında anlayış;
  • Responsive Design prinsipləri haqqında əsas biliklər;
  • UX/UI araşdırması və benchmark aparmaq bacarığı;
  • Analitik düşüncə və problemlərin həlli bacarığı;
  • Detallara diqqətli və yaradıcı yanaşma;
  • Komanda ilə işləmək və developer/BA komandaları ilə effektiv kommunikasiya bacarığı;
  • Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və ya rus dili biliyi üstünlükdür.

​​​​​​​​​​​​​​Şəxsi keyfiyyətlər

  • İstifadəçi ehtiyaclarını anlama və empati qurmaq bacarığı;
  • Analitik və sistemli düşüncə;
  • Öyrənməyə və yeni alətləri mənimsəməyə açıqlıq;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Detallara diqqət;
  • Komanda daxilində effektiv əməkdaşlıq;
  • Dizayn həllərini təkmilləşdirmək bacarığı.

​​​​​​​Üstünlük veriləcək

  • Bankçılıq, FinTech və ya digər rəqəmsal məhsullar üzrə təcrübə;
  • Mobil bankçılıq və internet bankçılıq məhsulları haqqında anlayış;
  • Design System-in hazırlanması və inkişafı üzrə təcrübə;
  • UX Research və usability testing haqqında praktiki bilik;
  • Jira, Confluence və ya analoji məhsul idarəetmə alətləri ilə işləmə təcrübəsi;
  • Real layihələr üzrə UX/UI portfolio-nun olması.

Portfolio

  • Namizədin portfolio təqdim etməsi arzuolunandır. Portfolio-da ən azı 3-4 layihə üzrə dizayn prosesinin — problemin müəyyənləşdirilməsi, User Flow/Wireframe, UI dizayn, Prototype və yekun həllin — nümayiş etdirilməsi üstünlük hesab olunur.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

  • Daily135
  • Weekly357
  • Monthly243