Atatürk Liseyi V–VIII siniflər üzrə Direktor müavini vəzifəsinə ixtisaslı kadr axtarır.
İş şəraiti
- İş yeri: Atatürk Liseyi
- İş rejimi: Tam ştat
Namizədlərə dair tələblər
- Təhsil və ixtisas:
- Ali pedaqoji təhsil (magistr dərəcəsi arzuolunandır);
- Təhsil sahəsində minimum 5 il iş stajı;
- Rəhbər vəzifələrdə (direktor, direktor müavini və s.) iş təcrübəsi olanlara üstünlük verilir.
Peşəkar bilik və bacarıqlar:
- V–VIII sinif şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun psixoloji yanaşma bacarığı;
- Kurikulum, qiymətləndirmə və təlim prosesinin təşkili sahəsində dərin bilik;
- Məktəbdaxili sənədləşmə və hesabatlılıq işlərini aparmaq bacarığı;
- Yüklü və dinamik iş qrafikində səmərəli fəaliyyət göstərmək bacarığı;
- Müəllim kollektivi ilə əməkdaşlıq və koordinasiya qurmaq bacarığı;
- Valideynlərlə ünsiyyətin qurulmasında peşəkar yanaşma.
Texniki və inzibati bacarıqlar:
- Ofis proqramlarında (Word, Excel və s.) sərbəst işləmə bacarığı;
- Elektron təhsil platformaları (Təhsil portalı, e-mekteb və s.) ilə işləmək təcrübəsi;
- Məktəb nizam-intizamının təmin olunması və davranış yönümlü nəzarətin təşkili sahəsində təcrübə.
Şəxsi keyfiyyətlər:
- Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı;
- Liderlik və analitik düşünmə qabiliyyəti;
- Səmərəli qərarvermə və problemlərin həlli bacarığı;
- Etik dəyərlərə sadiqlik və nümunəvi davranış.
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: