İş şəraiti
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00
Əsas vəzifə öhdəlikləri:
- Tikinti və təmir layihələri üzrə MEP işçi çertyojlarının (shop drawing) hazırlanması;
- Layihə və texniki sənədlərin oxunması, təhlili və sahəyə uyğunlaşdırılması;
- Elektrik, mexaniki və santexnika sistemləri üzrə çertyojların hazırlanması və koordinasiyası;
- Sahədə ölçülərin götürülməsi və as-built çertyojların hazırlanması;
- MEP işlərinin layihə, spesifikasiya və texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Material və avadanlıq spesifikasiyalarının hazırlanması və texniki sənədlərin yoxlanılması;
- Sahə komandası, digər mühəndislər və podratçılarla MEP işlərinin koordinasiyası;
Vəzifə üzrə tələblər:
- MEP, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə bilik;
- MEP layihələrinin hazırlanması və texniki çertyojların oxunması bacarığı;
- AutoCAD proqramında işləmə bacarığı;
- Revit MEP proqramını bilmək üstünlükdür;
- Texniki sənədləşmə və spesifikasiyaların hazırlanması üzrə bacarıq;
- MEP sistemlərinin quraşdırılması və texniki nəzarəti üzrə anlayış;
- Yüksək məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək və müxtəlif şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “MEP mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.