T TVM Construction
  • 871

TVM Construction

Строительство

Mexanika üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mexanika üzrə mühəndis

  • Истекает 3 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • AutoCAD proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək; üzrə yeniləmək.

Tələblər:

  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər 
  • Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
  • MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Sahə üzrə minimum 2-3 il təcrübə;
  • Yaş həddi: 25-45 (+-);
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı.
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analiz və idarəetmə bacarığı.

İş şəraiti:

  • İş yeri  bölgələrdə (Qarabağ zonası ) .  
  • Gün ərzində 3 dəfəf qidalanma, qalacaq yer .

Şərtlər:

  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mexanika üzrə mühəndis” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər.

  • Daily46
  • Weekly384
  • Monthly2022