Əsas tələblər:
- Təhsili: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə )
- Kompüter bilikləri:MS Office proqramları,AutoCad;
- İş təcrübəsi:Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
- Ünsiyyət və komandada işləmək bacarıqları
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Fikrini dəqiq,dolğun və özünə əminliklə təqdim etmə bacarığı
Vəzifə və öhdəliklər:
- Təyin edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması layihəsinə,tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq,
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatı keçmək;
Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşəcək (İş yeri rayonda olacaq - Qarabağ)
Yaş həddi: 50 yaşa kimi
Təminat: Gün ərzində 3 dəfə qidalanma və qalma yeri
Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Sahə mühəndisi ) qeyd edərək Cv-lərini e-poçt ünvanına göndərə bilərlər .