Vəzifə haqqında məlumat
- İş yeri: Şirkətin ofisi
- İş rejimi: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
- Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
- Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
- Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
- Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Vəzifə öhdəlikləri:
- 1C ERP sistem – mühasibatlıq sahəsi üzrə müştərilərdən gələn sorğuları qəbul edib prioritetləşdirməklə vaxtında və dəqiq icra etmək, ehtiyac olduqda texniki komandaya yönləndirmək və icrasına nəzarət etmək:
- 1C manualı üzrə biliklərinin inkişaf etdirilməsi.
Namizədə dair tələblər
- Təhsili: Ali (İqtisadiyyatın maliyyə, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir)
- Kompüter bilikləri, texniki bacarıqlar:
- MS Office proqramlarında sərbəst işləmək (xüsusilə MS Excel üzrə);
- 1C 8.3 – mühasibatlıq sərbəst işləmək.
Bu vəzifə ilə bağlı zəruri iş təcrübəsi:
- 1C 8.3 - mühasibatlıq üzrə 1 il təcrübə.
Dil bilikləri:
- Azərbaycan dili - C1 səviyyə (sərbəst işgüzar yazılı və şifahi ünsiyyət);
- Rus dili - Sənədləşmə və texniki terminləri anlamaq səviyyəsində.
Peşəkar bacarıqlar:
- Müəssisə iqtisadiyyatı, mühasibat uçotu sahəsində bilik və bacarıqların, o cümlədən təcrübənin olması.
Yumşaq bacarıqlar:
- Analitik düşüncə tərzi;
- Çevik qərar vermək və problem həll etmək bacarığı;
- İşləri planlamaq və prioritetləri müəyyənləşdirmək bacarığı;
- Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;
- Məsuliyyətli, intizamlı, dəqiq;
- Həmsöhbəti ilə mövuznu davam etdirmək, yönləndirmək, inandırma bacarığı;
- Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək, təlimlər keçmək məqsədi və perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini vakansiyanın adını mövzu başlığı qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövcud sertifikatlar, tövsiyyə məktubu təqdim olunması tövsiyyə olunur.