Maliyyə modulu üzrə kiçik mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə modulu üzrə kiçik mütəxəssis

  • Истекает 12 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr);
  • 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;
  • Məsuliyyətli və sistematik iş yanaşması;
  • Komandada və müstəqil şəkildə işləmək bacarığı.

Vəzifə öhdəliyi: 

Maliyyə modulunun  1C ERP sistemində düzgün qurulması və test proseslərində iştirak etmək;
Maliyyə əməliyyatlarının sistemdə düzgün əks olunmasına nəzarət etmək;
Profilaktik yoxlamalar zamanı aşkar olunan uyğunsuzluqları müəyyənləşdirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Maliyyə modulu üzrə uçot strukturlarında (hesablar planı, kataloqlar, parametrlər və sazlamalar) asistentlik göstərmək;
Sistem istifadəçilərinə maliyyə modulu üzrə funksional dəstək vermək;
Modul üzrə təqdimat və təlim materiallarının hazırlanmasında iştirak etmək;
Maliyyə modulu üzrə sənədləşmənin (təlimatlar, proses təsvirləri və s.) hazırlanması və yenilənməsini təmin etmək;
Modulun inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

İş şəraiti:

  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily30
  • Weekly401
  • Monthly2291