TƏLƏBLƏR:
• Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr);
• 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər;
• Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür;
• MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
• Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;
• Məsuliyyətli və sistematik iş yanaşması;
• Komandada və müstəqil şəkildə işləmək bacarığı.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• 1C URC ERP sistemində cavabdeh olduğu modulların düzgün qurulmasını təmin etmək və test proseslərində iştirak etmək;
• Profilaktik yoxlamalar zamanı sistemdə aşkar olunan uyğunsuzluqları vaxtında müəyyənləşdirmək və müştəriləri məlumatlandırmaq;
• Modullar üzrə uçot strukturlarında kataloqların, parametrlərin və sazlamaların müəyyənləşdirilməsində asistentlik göstərmək;
• Sistem istifadəçilərinə modul funksiyaları üzrə funksional dəstək və yönləndirmə etmək;
• Modul təqdimatlarının hazırlanmasında iştirak etmək, inkişaf və təkmilləşdirmə üzrə təkliflər vermək;
• Modullar üzrə təlimatların və funksional imkanların sənədləşdirilməsini təmin etmək və aktual saxlanılmasına nəzarət etmək.
İŞ ŞƏRAİTİ:
• İş yeri: Şirkətin ofisi;
• İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
• Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
• Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
• Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
• Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.