“Uğur İndustry” MMC Mühasib köməkçisi vakansiyası elan edir:
İş yeri: Xırdalan şəhəri
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Məlumatların proqram bazasına daxil edilməsi;
- Elektron qaimə-fakturaların portala daxil edilməsi;
- Vergi və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsində mühasibə köməklik edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Xalis: 600-800 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Mühasib köməkçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.