Qrafik dizayner

  • Истекает 19 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“UĞUR İNDUSTRY” MMC Qrafik Dizayner vakansiyası elan edir:

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
  • Adobe Photoshop, İllusturation, İndesign, After Effect, Premier pro və Corel Draw  proqramlarını  yüksək səviyyədə bilmək və sərbəst işləmə bacarığı;
  • Motion design, animasiya və video qrafika sahəsində praktiki təcrübə;
  • Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika bilikləri;
  • Kreativ düşüncə, detallara diqqət və vaxtın düzgün idarə edilməsi;
  • Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Komanda ilə operativ ünsiyyət və geribildirimlə işləmək bacarığı;
  • Portfolio təqdim etmək mütləqdir;

Əsas vəzifə öhdəlikləri:

  • Sosial media platformaları üçün kreativ qrafik dizaynların hazırlanması;
  • Reklam kampaniyaları, endirim və promo aksiyaları üçün vizual konseptlərin yaradılması;
  • Motion qrafika, animasiya və dinamik reklam videolarının hazırlanması;
  • Reels, Stories və digər rəqəmsal formatlar üçün vizual kontentlərin dizayn edilməsi;
  • Banner, poster, flyer, POSM və digər çap materiallarının hazırlanması;
  • Brendin vizual kimliyinə və korporativ stilinə uyğun dizaynların hazırlanması;
  • Kreativ ideyaların vizual həllərə çevrilməsi;
  • Marketinq komandası ilə koordinasiyalı işləmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsini təmin etmək;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılma (Bakı və Sumqayıt şəhərlərindən);
  • Əmək haqqı: Xalis 1000-1500 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily98
  • Weekly527
  • Monthly1456