Uğur İndustry MMC Uğur İndustry MMC
  • 251

Satış təmsilçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış təmsilçisi

  • Deadline 16 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“UĞUR İNDUSTRY” MMC Satış təmsilçisi vakansiyası elan edir: Satış təmsilçisi

​​​​​​​İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Ali təhsil;
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
  • Müvafiq sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Cavabdeh olduğu ərazi üzrə korporativ müştərilərlə, mağazalarla satış prosesini həyata keçirmək;
  • Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək;
  • Rəqiblərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq və Marketinq şöbəsini məlumatlandırmaq;
  • Aylıq hesabatlar hazırlamaq və rəisinə təqdim etmək;
  • Pərakəndə satış şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək;
  • Öz ərazisində satış siyasəti və hədəfləri istiqamətində doğru addımlar atmaq;
  • Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək;
  • Marketinq şöbəsinin bütün layihələrinə təşəbbüs və köməklik göstərmək;
  • Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərinin araşdırılmasına dəstək göstərmək;
  • Rəisinə biznes planın və illik büdcənin hazırlanmasında köməklik etmək;
  • Pərakəndə satıcılarla, topdan satıcılarla, tikinti şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirmək;
  • Sement, gips, şpaklyovka, kafel-metlak yapışdırıcıları, boya məmulatları istehsal edən sexlərin yerlərini müəyyən  edib, hər birini ətraflı tədqiq etmək və müvafiq tədbirlər görülməsi üçün təşəbbüs göstərmək;
  • Satış məntəqələrində Zavod məhsullarının daha diqqətçəkən yerlərdə yerləşdirilməsi və məhsulların düzgün saxlanılma qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Region bazarlarında zavod məhsullarının pərakəndə satış qiymətlərinə nəzarət etmək;
  • Şirkət brendindən istifadə edərək saxta məhsul satanları və istehsal edənləri aşkar edib, ifşa etmək; 
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir;
  • Əmək haqqı: Vəzifə maaşı + bonus;

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satış təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily124
  • Weekly365
  • Monthly2704