Tender üzrə baş mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
-Dövlət və özəl qurumlar tərəfindən elan olunan tenderlərin müntəzəm monitorinqinin aparılması
-Müvafiq tenderlərin seçilməsi və şərtlərinin təhlili.
-Tender sənədlərinin tender şərtlərinə tam uyğun hazırlanması (kommersiya təklifi, texniki təklif, bank zəmanəti,və s.)
-Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
-Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
-Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
-Daxil olan elektron məktubların (e-maillərin) nəzərdən keçirilməsi və cavablandırılması
-CRM sistemində işləmək və məlumatların düzgün şəkildə daxil edilməsi
-Tender prosesi üzrə hesabatların hazırlanması.
-İş prosesində son tarixlərə (deadline) ciddi riayət edilməsi və nəzarətdə saxlamaq
Tələblər:
· Dövlət satınalmaları qanunvericiliyi üzrə ümumi biliklər;
· Müvafiq sahədə 5 il iş təcrübəsi
· Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
· Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
· Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
· MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
· Analitik düşüncə, vaxtın idarə olunması,komandada işləmək bacarığı
· Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
· Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri (arzuolunandır) ;
İş şəraiti:
· Həftəlik tam iş qrafiki – 09:00-18:00
· Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Müraciət qaydası
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tender üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.