Əsas vəzifə və öhdəliklər:
- Layihənin əsas mərhələləri, iş axını və fəaliyyətlərini əhatə edən ətraflı layihə planının hazırlanması;
- Komanda üzvlərinin koordinasiyası və resursların effektiv istifadəsinin təmin olunması;
- Risklərin qiymətləndirilməsi və onların idarə olunması, potensial risklərin minimuma endirilməsi üçün risklərin idarə olunması;
- Bütün layihələrin vaxtında, müəyyən olunmuş büdcə və əhatə dairəsində uğurla icra edilməsinin təmin edilməsi;
- Layihə ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq yenilənməsi;
- Tərəfdaşlarla və müştərilərlə əlaqələrin qurulması və idarə olunması;
- Biznes proseslərin analiz olunması,Biznes prosesə uyğun texniki tələblərin formalaşdırılması;
- İşgüzar görüşlərin təşkil edilməsi və layihələrlə bağlı təqdimatların keçirilməsi;
- Layihə və ya məhsulun test edilməsini təmin etmək, sənədləşdirilməsini aparmaq, məlumat axınlarını hazırlamaq
- Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (IT sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);
- Layihələrin idarə edilməsi sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;
- Azərbaycan dili yüksək səviyyədə;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq;
- MS Project, Jira, Trello və ya digər layihə idarəetmə alətləri ilə işləmə təcrübəsi;
- Güclü analitik və strateji düşünmə bacarığı;
- Komanda idarəetmə bacarıqları;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Proqramlaşdırma dilləri və texnologiyaları haqqında ümumi anlayış.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies
Müraciət etmək qaydası:
- Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihə Meneceri” qeyd etmələri xahiş olunur.