Əsas Öhdəliklər:
- Layihə menecerinə və texniki rəhbərə gündəlik fəaliyyətlərdə dəstək vermək.
- Görülən işlər üzrə sənədləşmə, hesabatlar və protokolların hazırlanması.
- Planlaşdırma və tapşırıqların izlənməsi (Azure DevOps, Bitrix24 və ya Jira üzərindən).
- Komanda daxilində koordinasiya, görüşlərin təşkili və nəticələrin izlənməsi.
- Texniki komandaların iş yükü və layihə statuslarının mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi.
- Sadə texniki məsələlərdə (CI/CD, monitorinq, dev/test mühitləri) ilkin anlayış və dəstək göstərmək.
Tələblər:
- Ali təhsil (İT və ya menecment sahəsi üstünlükdür).
- Layihə idarəetmə prinsipləri haqqında anlayış (Agile/Scrum bilikləri üstünlükdür).
- Sənədləşmə və planlaşdırma bacarığı – MS Office, Confluence və s.
- Orta səviyyədə texniki bilik:
- İT infrastrukturu və DevOps prosesləri haqqında nəzəri anlayış;
- CI/CD, Kubernetes, monitorinq sistemləri barədə ümumi məlumat.
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı.
- İngilis dili bilikləri yüksək
Üstünlüklər:
- Azure DevOps, Bitrix24, Jira və ya digər layihə idarəetmə sistemlərində təcrübə.
- İT layihələrində iş təcrübəsi.
- ISO və ya daxili keyfiyyət standartları ilə işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri,Səməd Vurğun küç.,79B
- İş rejimi: Tam ştat, 5 günlük iş qrafiki
Müraciət etmək qaydası:
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “PM assistant” qeyd etmələri xahiş olunur.