İş yeri: Port Baku Walk
Komandamıza peşəkar, məsuliyyətli və qonaqpərvər Barmen axtarırıq.
İşin Təsviri:
- Qonaqları gülərüz və peşəkar şəkildə qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək;
- Kokteyl, spirtli və alkoqolsuz içkiləri resept və müəyyən olunmuş standartlara uyğun hazırlamaq;
- Menyu və içkilər haqqında qonaqlara ətraflı məlumat vermək və uyğun seçimlər tövsiyə etmək;
- Barın iş prosesini, məhsulların düzgün saxlanılmasını və vaxtında hazırlanmasını təmin etmək;
- İçkilərin təqdimatına və servis standartlarına riayət etmək;
- Bar avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
- İş zamanı məhsulların sərfiyyatına və qalıqlarına nəzarət etmək;
- Barın təmizliyini, səliqəsini və sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin etmək;
- Anbar və bar məhsullarının qəbulunda və inventarizasiyasında iştirak etmək;
- Qonaq məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Komanda üzvləri ilə koordinasiyalı və effektiv işləmək;
- Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək.
Tələblər:
- Barmen vəzifəsində iş təcrübəsi mütləqdir;
- Kokteyl və içki hazırlanması üzrə yaxşı biliklər;
- Bar avadanlıqları və iş prinsipləri haqqında məlumatlı olmaq;
- Yüksək səviyyədə müştəri xidməti bacarığı;
- Səliqəli, məsuliyyətli, çevik və diqqətli olmaq;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Stressli və intensiv iş şəraitində işləyə bilmək;
- Azərbaycan və rus dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür.
İş şəraiti:
- 6 günlük növbəli iş rejimi;
- Şirkət tərəfindən naharla təmin olumur;
CV-lərinizi “Barmen” başlığı ilə əlaqə nömrəsinə 077 444 99 23 və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.