Umico (Competo MMC) Umico (Competo MMC)
  • 782

Business Development Manager

  • Deadline 10 İyul 2025

Təsvir

Əgər sən möhkəm tərəfdaşlıq münasibətləri qurmaq bacarığına sahibsənsə, danışıqlar aparmaq sənətini bilirsənsə və e-commerce sahəsində əsas kateqoriyaların inkişafına töhfə vermək istəyirsənsə, onda “Business Development” komandamıza xoş gəlmisən!

İşləyə biləcəyin kateqoriyalar:

  • Computing & Gaming
  • Food & Grocery
  • Mom & Kids
  • Petcare
  • Home
  • DIY & Garden
  • Automotive
  • Sport

İşə qəbul prosesindən sonra, təcrübənə və maraqlarına əsasən konkret kateqoriya müəyyən olunacaq.

Nə ilə məşğul olacaqsan?:

  • Tərəfdaş təchizatçılar portfeli ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Satıcıların performans göstəricilərinin analizi: GMV, məhsul çeşidi, qiymət siyasəti, mövcudluq;
  • Yeni kommersiya imkanlarının təşəbbüsü: eksklüzivlər, sərfəli təchizat modelləri, aksiyalar və s.;
  • Müqavilə şərtlərinin optimallaşdırılması, danışıqların aparılması və razılaşmaların yenidən nəzərdən keçirilməsi;
  • Təchizatçılarla birgə reklam kampaniyalarının və aktivasiyaların həyata keçirilməsi;
  • Məlumatlarla işləmək: KPI-ların monitorinqi, hesabatların təqdim olunması və analiz əsasında qərarların verilməsi;
  • Ümumi məqsədlərə çatmaq üçün kateqoriya meneceri və başqaları ilə birgə əməkdaşlıq.

Tələblər

  • E-commerce / satış / category management / FMCG sahəsində 3+ il iş təcrübəsi;
  • Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satınalma, tərəfdaşlıq və satış analitikası proseslərini dərindən anlamaq;
  • Excel, Google Sheets və analitik alətlərdə sərbəst işləmək bacarığı;
  • Marketinq, menecment, iqtisadiyyat və ya yaxın sahələr üzrə ali təhsil;
  • Rus və ya İngilis dillərindən birində yaxşı səviyyədə bilik.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 3-4 il

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1102