Vəzifə öhdəlikləri:
- Satıcı əlaqələri: Müəyyən kateqoriya üzrə satıcı portfeli ilə uzunmüddətli əlaqələr qurmaq və onları əsas əlaqə nöqtəsi kimi dəstəkləmək.
- Performansın optimallaşdırılması: Satıcı performansını analiz edərək satış, qiymət siyasəti və məhsul təkliflərində yaxşılaşma üçün analizlərə əsaslanan təkliflər təqdim etmək; ümumi menecer ilə birlikdə aşağı performans göstərən satıcıları aktivləşdirmək və yüksək performanslı hesabları genişləndirmək üçün strategiyalar inkişaf etdirmək.
- Müqavilələr və razılaşmalar: Mövcud satıcı müqavilələrini mütəmadi olaraq nəzərdən keçirmək və uzunmüddətli əməkdaşlıq üçün şərtləri optimallaşdırmaq.
- Promo planlaşdırma: Satıcılarla böyümə imkanları və iş planları, o cümlədən promo aksiyalar barədə əlaqədə olmaq.
- Analiz və təhlillər: Hesabların performansını izləmək, mütəmadi hesabatlar təqdim etmək və strategiyaları optimallaşdırmaq üçün analitikadan istifadə edərək nəticələri artırmaq.
Namizədə tələblər:
- Müfafiq sahə üzrə 3 il iş təcrübəsi.
- Məlumatlarla işləmək və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı ilə güclü analitik bacarıqlar.
- Elektron ticarət prosesləri və alətləri haqqında əsas biliklər.
- Gözəllik sənayesində onlayn və oflayn istehlak bazarları arasındakı fərqlərin anlaşılması.
- Təchizatçı danışıqları və müqavilələrin idarə edilməsi sahəsində təcrübə.
- Marketinq, İqtisadiyyat, Menecment və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
Şərtlər:
- İş rejimi: 5/2
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Üzeyir Hacıbəyov 57 (Azinko binası)
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Business Development Manager (BDM) –Seller Relationship Management and Growth "mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.