Vəzifə öhdəlikləri
- Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq və data analitikası üzrə gündəlik əməliyyatları icra etmək;
- Cəmiyyətin maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək;
- Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək;
- Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək;
- Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq;
- MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək;
- Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq;
- Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq;
- Daxili hesabat sistemləri və data analitika alətləri üzrə məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək;
- Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
- Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması;
- Data keyfiyyətinə nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi;
- Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
- Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow)
Vəzifə üzrə tələblər
- Ali iqtisadi təhsil
- Mühasibat uçotu və IFRS bilikləri
- Vergi və maliyyə qanunvericiliyini başa düşmək
- Excel biliyi (pivot, lookup, formulas)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.