U Unicapital
  • 584

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 2 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin adından bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hazırlanması tələb olunan bütün növ sənədləri (əmr, qərar, qayda, akt, protokol) tərtib etmək;
  • Cəmiyyətin struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
  • Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) sorğular hazırlamaq;
  • Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
  • Layihə şəklində daxil olan hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
  • Cəmiyyətin müştərilər, partnyorlar, nəzarət orqanları və digər şəxslərlə münasibətlərdə hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təşkil edilməsində iştirak etmək;
  • Qiymətli kağızlar bazarı haqqında, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək;
  • Vəzifəsinə uyğun olaraq bilavasitə rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə ali təhsil;
  • İxtisası üzrə 1 ilədək iş təcrübəsi;
  • Azərbaycan dili üzrə sərbəst bilik, o cümlədən peşəkar hüquqi yazı bacarığı;
  • Yaxşı səviyyədə ingilis dili bilikləri;
  • “Microsoft Office” proqramlarından sərbəst istifadə etmək bacarığı.

Əmək şəraiti:

  • İş vaxtı: həftəiçi 5 gün saat 09:00-18:00;
  • Şirkət hesabına könüllü tibbi sığorta.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly2
  • Monthly210