Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin müdiri

  • Истекает 5 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə və öhdəliklər

  • Şöbənin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericili, tənzimləyici normativ-hüquqi aktlar və şirkətin daxili qayda və prosedurlarına uyğun şəkildə təşkil və idarə etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq struktur bölmələr, müştərilər, və digər əlaqəli kontragentlərlə kommunikasiya aparmaq;
  • Fəaliyyətin təşkili zamanı risklərin məqbul çərçivəsinin müəyyən etmək və risk səviyyəsinə davamlı nəzarət etmək;
  • Cəmiyyətin iştirak etdiyi kənar layihələrin tərəf müqabilləri üzrə koordinasiyasının təşkili;
  • İcra edilən layihələrə dair mütəmadi və dövrü qiymətləndirmələrin keçirilməsi və onların icra vəziyyəti barədə hesabatların hazırlanaraq müvafiq qaydada təqdim edilməsi;
  • Cəmiyyətin strateji planın və illik fəaliyyət planın tərtib edilməsi, koordinasiyası və icrasına dair hesabatlılığın təşkili;
  • Biznes proseslərin yaradılması, qiymətləndirilməsi, standartlaşdırılması, təkmilləşdirilməsi, o cümlədən elektronlaşdırılması/avtomatlaşdırılması işinin təşkili;
  • Fəaliyyət sahəsinə aid baş verən əhəmiyyətli dəyişiklikləri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
  • Təlimatlara müvafiq olaraq zəruri hesabatlar hazırlamaq və təqdim etmək;
  • Daxili uçot sisteminə giriş imkanlarının verilməsini təmin etmək və eləcə də həmin sistemə giriş icazəsinə məhdudiyyət qoymaq
  • Fəaliyyət sahəsinə uyğun olaraq biznes proseslərin yaradılmasında iştirak etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Cəmiyyət tərəfindən Şöbə üçün ayrılmış ofisin və digər mülkiyyətin, habelə bilavasitə ona təhkim edilmiş Cəmiyyətə məxsus mülkiyyətin qorunmasını və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
  • Şöbənin fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslər ilə ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması üçün tədbirlər görmək;
  • Şöbənin fəaliyyətinin uçotunun elektron formada aparılması və obyektiv mülahizələrə əsasən əhəmiyyətli hesab edilə biləcək məlumatların arxivləşdirilməsi təşkil etmək;
  • Şöbənin fəaliyyətinə dair təkmilləşdirmələr və optimizasiya üzrə təkliflər vermək;
  • Şöbənin səlahiyyətlərinə aid olan sorğuların, şikayətlərin, məktubların araşdırılması və cavablandırılmasını təşkil etmək;
  • Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly479
  • Monthly482