Əsas vəzifə öhdəlikləri
- MT4 serverlərinin və komponentlərinin (MT4 Server, Manager, Gateway, Datafeed və s.) quraşdırılması, sazlanması və gündəlik administrasiyası
- Remote hosting mühitinin idarə edilməsi (VPS/DS, bulud və ya data mərkəz infrastrukturu)
- Sistemlərin monitorinqi (availability/performance), insidentlərin araşdırılması və operativ aradan qaldırılması
- Backup/restore proseslərinin qurulması və mütəmadi test edilməsi
- OS səviyyəsində administrasiya (Windows Server/Linux — mövcud mühitə uyğun)
- Şəbəkə səviyyəsində əsas sazlamalar (VPN, firewall, routing, portlar, DNS və s.)
- Təhlükəsizlik tədbirlərinin tətbiqi (access control, hardening, loglama, audit izləri)
- Vendorlarla əlaqə: MT4 vendoru, likvidlik/bridge provayderləri, hostinq/data mərkəzi, ISP və s. ilə koordinasiya
- Yeniləmələr, patch management, planlı texniki işlər və dəyişikliklərin idarə edilməsi
- Texniki sənədləşmə: arxitektura təsviri, runbook, insident qeydləri, change log
Tələblər
- Sistem inzibatçılığı üzrə minimum 1+ il iş təcrübəsi (arzuolunan: maliyyə/fintech mühiti)
- MT4 mühiti ilə praktiki təcrübə (quraşdırma, dəstək, troubleshoot) — üstünlükdür
- Windows Server administrasiyası üzrə güclü bilik (Active Directory biliyi üstünlükdür)
- Şəbəkə əsasları: TCP/IP, VPN, firewall, NAT, DNS, SSL sertifikatları
- Monitorinq və log analizi alətləri ilə işləmə bacarığı (Zabbix/Prometheus/ELK və s. — analoq qəbul olunur)
- Vendorlarla texniki yazışma və koordinasiya bacarığı (rus/ingilis dili üstünlükdür)
- Sənədləşmə və intizamlı əməliyyat yanaşması (ITIL düşüncəsi üstünlükdür)
Üstünlüklər
- Forex/CFD broker infrastrukturu və ya trading platformaları ilə təcrübə
- SQL (əsas sorğular, troubleshooting üçün)
- DR/BCP yanaşması, HA/Failover konseptləri
- Virtualizasiya (VMware/Hyper-V) və ya bulud (AWS/Azure) təcrübəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.