Vəzifə öhdəlikləri
- Cəmiyyətin pərakəndə müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təmin etmək;
- Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
- Müştəri sorğularının Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən cavablandırılmasını təşkil etmək;
- Pərakəndə müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
- Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
- Pərakəndə müştərilərə birbaşa satış prosesini həyata keçirmək;
- Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
- Müştəri məlumatlarının daxili elektron məlumat bazasına işlənilməsi;
- Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
Vəzifə üzrə tələblər
- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.