Departament: Kommersiya departamenti
Hesabat verir: Kommersiya Departamentinin baş mütəxəssisinə
Xülasə: Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək.
Əsas vəzifə öhdəlikləri:
Vəzifə təlimatı:
- Müqavilələrin hazırlanması və standartlara uyğun olmasının yoxlanılması;
- E-mail ünvanına gələn tenderdə iştirak sorğularını dəyərləndirmək və rəhbərliyə məlumat vermək;
- Müəssisədə sənədlərin arxivləşdirilməsi və ehtiyac olduğu təqdirdə rəhbərliyə aidiyyatı məlumatların təqdim olunması;
- Əməkdaşlıq edilən şirkətin əməkdaşlarına sənədlərin hazırlanması və müəyyən əməliyyatların həyata keçirilməsində dəstək göstərilməsi;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə edilməsi və nəzarətini təmin etmək;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrini saxlamaq və arxivləşdirmək;
- İclas protokollarınını və aktlarını hazırlamaq;
Namizədə tələblər:
- Aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi
- Azərbaycan dilini əla, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
- MS Office (Word, Excel, Power Point) bilikləri
- Ali təhsil
- Yüksək kommunikasiya bacarığı
- Komandada işləmə bacarığı