İş şəraiti
- İş grafiki – Bazarertəsi – Şənbə
- Əmək haqqı: müsahibə əsasında
Əsas vəzifələr:
- Boya məhsullarının satış prosesinin təşkili və satış həcminin artırılması;
- Yeni müştərilərin cəlb olunması və müştəri portfelinin genişləndirilməsi;
- Mövcud müştərilərlə davamlı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Müştərilərə məhsullar barədə ətraflı məlumat təqdim edilməsi və uyğun məhsul seçimində dəstək göstərilməsi;
- Satış hədəflərinin icrasının təmin olunması;
- Bazar araşdırmalarının aparılması və rəqib şirkətlərin fəaliyyətinin izlənilməsi;
- Müştərilərdən daxil olan müraciət, təklif və şikayətlərin operativ şəkildə cavablandırılması;
- Görülən işlərlə bağlı mütəmadi hesabatların hazırlanması.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Boya, tikinti materialları və ya əlaqəli sahədə təcrübə üstünlük hesab olunur;
- Ünsiyyət və təqdimat bacarıqlarının yüksək olması;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili biliyi üstünlükdür;
- Xarici görünüş və davranış qaydalarına diqqət yetirilməsi arzuolunandır.
- Boya satışı sahəsində təcrübəsi və müştəri portfoliosu olanlara üstünlük veriləcək.
Şirkət təklif edir:
- Stabil əmək haqqı və satış nəticələrinə əsasən bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Dinamik və inkişafyönümlü iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.