Unimetal Unimetal

Çilingər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Çilingər

  • Deadline 21 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • Müəssisənin istifadəsində olan yük avtomobillərinin texniki vəziyyətinə nəzarət edir.
  • Avtomobillərin texniki baxış, cari və zəruri hallarda təmir işlərini həyata keçirir.
  • Avtomobillərin mühərrik, transmissiya, sürətlər qutusu, mufta, asqı, sükan idarəetməsi, əyləc və digər mexaniki sistemlərinin texniki vəziyyətini yoxlayır.
  • Mühərrikdə yaranmış nasazlıqları müəyyən edir, nasazlıq səbəblərini araşdırır və onların aradan qaldırılmasını həyata keçirir.
  • Mühərrikin yağlanma və soyutma sistemlərinin texniki vəziyyətini yoxlayır, zəruri hallarda müvafiq təmir və dəyişdirmə işlərini yerinə yetirir.
  • Avtomobillərin əyləc sisteminin, o cümlədən əyləc mexanizmlərinin, əyləc kameralarının və əlaqəli hissələrin sazlığını yoxlayır və aşkar edilmiş nasazlıqları aradan qaldırır.
  • Sükan idarəetmə sisteminin, sükan mexanizmlərinin və əlaqəli detalların texniki vəziyyətini yoxlayır.
  • Asqı sistemi, ressorlar, amortizatorlar, körpülər, təkər və digər mexaniki hissələrin texniki vəziyyətinə nəzarət edir.
  • Sürətlər qutusu, kardан valı, diferensial və digər transmissiya hissələrində yaranan nasazlıqları müəyyən edir və mümkün olduğu hallarda təmir edir.
  • Avtomobillərin texniki xidmət zamanı yağ, filtr və digər istismar materiallarının dəyişdirilməsini həyata keçirir.
  • mexaniki sistemlərinin işlək vəziyyətdə olmasını yoxlayır.
  • Təmir və texniki xidmət işləri zamanı istifadə olunan alət, avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılmasına nəzarət edir.
  • Avtomobillərin təmiri zamanı istifadə olunan ehtiyat hissələrinin və digər materialların düzgün və qənaətlə istifadəsini təmin edir.
  • Aşkar etdiyi ciddi və ya təhlükəli texniki nasazlıqlar barədə dərhal birbaşa rəhbərinə məlumat verir.

Namizədə tələblər:

  • Yük avtomobillərinin əsas konstruktiv xüsusiyyətlərini və iş prinsipini.
  • Avtomobillərin mühərrik,  əyləc, sükan, asqı, soyutma və yağlama sistemlərinin quruluşunu və iş prinsipini.
  • Avtomobillərdə ən çox rast gəlinən mexaniki nasazlıqların əlamətlərini və onların aradan qaldırılması üsullarını.
  • Avtomobil hissələrinin sökülməsi, yığılması, tənzimlənməsi və dəyişdirilməsi qaydalarını.
  • Texniki xidmət və cari təmir işlərinin aparılması qaydalarını.
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1300 Azn;
  • Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;

Namizədlərdən CV-lərini "Avtomobil üzrə çilingər" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly138
  • Monthly1864