Vəzifə təlimatı
- Metal və metal məhsullarının analizində istifadə olunan laboratoriya avadanlıqlarını tanımalı və onlarla təhlükəsiz və düzgün işləməyi bacarmalıdır;
- Analiz prosesi zamanı aparılan müşahidə və nəticələri səliqəli, dəqiq və standartlara uyğun şəkildə qeydiyyata almalıdır;
- İstehsalatda istifadə olunan xammal və hazır məhsullar üzrə kimyəvi və fiziki laborator analizlərini yerinə yetirməlidir;
- Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında, gündəlik istehsalatdan götürülmüş nümunələrin keyfiyyət göstəricilərinin analizini mövcud prosedurlara uyğun və vaxtında həyata keçirməlidir;
- Metal məhsulların keyfiyyət dərəcələrini izləməli, norma və standartlardan kənara çıxmaları vaxtında aşkar etməli və hesabat verməlidir;
- Cihazların göstəricilərini və laborator nəticələri müvafiq jurnallarda və ya 1C ERP proqramında qeydə almalıdır;
- İstehsalat sahəsində sanitar-gigiyenik şəraitə nəzarət etməli, zəruri hallarda rəhbərliyə məlumat verməlidir;
- İş prosesində əmək mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməlidir.
Namizədə tələblər
- Kimya, kimya mühəndisliyi, materialşünaslıq, texnologiya və ya əlaqəli sahə üzrə ali təhsil
- Sənaye laboratoriyası və ya metal məhsullarının keyfiyyət nəzarəti sahəsində ən azı 1 il iş təcrübəsi
- Metal və xammal nümunələri üzərində analitik laboratoriya analizləri aparmaq bacarığı Laboratoriya cihaz və avadanlıqları ilə işləmək təcrübəsi
- Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətli yanaşma
- Qeydiyyat və sənədləşdirmə işlərini səliqəli şəkildə aparmaq bacarığı (istifadə edilən proqram təminatında (1C ERP)
İş şəraiti
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi
- Əmək haqqı 800-900 AZN
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Abşeron rayonu., Məmmədli kəndi
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.