Ofis meneceri

  • Истекает 1 июнь 2025

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesabları vasitəsilə müştərilərlə ilkin əlaqənin qurulması, əsas sualların cavablandırılması və potensial müştərilərin satış təmsilçisi ilə əlaqələndirilməsi  
  • Ofisə gələn qonaqların qarşılanması, onlara çay, kofe, su təqdim olunması. 
  • Ofisin ümumi idarə olunması, səliqə və təmizliyə nəzarət edilməsi  
  • Ofis ləvazimatlarının və təsərrüfat mallarının alınması və ehtiyatda saxlanılması  
  • Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi və icrasına nəzarət  
  • Daxili sənədlərin hazırlanması, arxivləşdirilməsi və qeydiyyatının aparılması  
  • Müştərilər və tərəfdaşlarla e-poçt və telefon vasitəsilə ünsiyyətin qurulması  
  • İşçilərin davamiyyəti və məzuniyyətlərinin qeydiyyatının aparılması  
  • Toplantıların təşkili, görüş otaqlarının hazırlanması və texniki ehtiyacların qarşılanması  
  • Kuryer xidmətləri, poçt göndərişləri və digər gündəlik ofis proseslərinin təşkili  
  • Ofis texnikasının işinə nəzarət və texniki problemlər zamanı dəstək xidmətləri ilə əlaqə  
  • Sadə maliyyə qeydiyyatlarının (kassa xərcləri, alış sənədləri və s.) aparılması

Namizəddən tələblər:

  • Ali və ya orta ixtisas təhsili  
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus və İngilis dili arzuolunandır)  
  • Ofis proqramları ilə (MS Office, e-mail, Google Workspace və s.) işləmə bacarığı  
  • Ünsiyyətcil, məsuliyyətli və təşəbbüskar olmaq  
  • İşə ciddi və peşəkar yanaşmaq  
  • Komandada işləmə bacarığı

Təklif etdiyimiz üstünlüklər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə  
  • Həftə içi 5 iş günü, 09:00–18:00, 1 saat nahar fasiləsi  
  • Rahat və müasir iş mühiti  
  • Gələcəkdə satışdan bonuslar və digər həvəsləndirici mükafatlar nəzərdə tutulur 
  • Peşəkar inkişaf və təcrübə qazanmaq imkanı
  • İş yeri ünvanı: Məmməd Araz 72

Əlaqə - +994504480505

  • Daily2
  • Weekly588
  • Monthly208