İş təsviri:
- Şirkətə məxsus yük və ya minik nəqliyyat vasitəsinin idarə olunması;
- Verilmiş təyinat nöqtəsinə aparılan məhsulların təhvil verilməsində fiziki dəstək olması;
- Təhkim olunmuş nəqliyyat vasitəsini təhvil aldıqdan sonra qorumaq və qeydinə qalmaq;
- Həvalə edilmiş yükün təhlükəsiz çatdırılmasını təmin etmək;
- Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək;
- Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.Məhsulların təyin edilmiş müştəriyə (və ya təhvil verəcəyi şəxsə) faktura üzrə doğru dürüst çatdırılması;
- Avtomobillərin yükləmə zamanı yüklərin yüklənib-boşaldılmasına köməklik etmək, yükün yerləşdirilib kuzovda (bortda) bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
- Zərurət olduqda, müştəridən pulu alaraq şirkətin xəzinəsinə ödənməsi;
- Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.
Tələblər:
- Sürücülük vəsiqəsi: BC kateqoriyası;
- Yük və minik nəqliyyat vasitəsini idarə edə bilmə;
- Təcrübə: Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (Rus dili əlavə üstünlükdür);
- Kompüter bilikləri: 1C, MS Office.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə və mobil telefon;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsinə "Sürücü" yazmağı unutmayın.