Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət qurmaq, peşəkar şəkildə canlı danışıqlar və rəsmi yazışmalar aparmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Satış sahəsində minimum 1 illik iş təcrübəsi olmalıdır ( Poliqrafiya sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan dilini səlis, rus dilini bilməsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması;
- Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin;
- Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Müştəri narazılıqlarının idarə edilməsi;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə,
- 6 günlük iş rejimi (6 gün saat 13:00-dək),
- Satışdan bonus.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış üzrə menecer” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.