İş barədə məlumat:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Namizədə tələblər:
- Ali təhsilli;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- Satınalma və tender sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- Kompyuter biliklərinə sahib olmalı;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
- Fəal olması və komandada işləmək bacarığı;
- İşə planlı yanaşması;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalı;
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
İş şərtlərimiz:
- A R Əmək Məcəlləsinə əsasən sənədləşmə,
- 6 günlük iş rejimi (6-cı gün saat 13:00-dək).
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis” qeyd edərək CV formasını elektron ünvana göndərə bilərlər.