Namizədə tələblər:
- Ali təhsil (İKT sahəsində təhsil üstünlükdür);
- İKT sahəsində minimum 3 il iş təcrübəsi;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Detallara diqqətli olmaq və nəticəyə yönəlik işləmək;
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Windows və macOS əməliyyat sistemləri üzrə dərin biliklər;
- Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza bilikləri;
- TCP/IP, DNS, DHCP, LAN, VLAN, WLAN və VPN protokolları barədə anlayış;
- Acronis, Veeam, FreeNAS və digər ehtiyat nüsxə proqram təminatları ilə iş təcrübəsi;
- AP, Router, şəbəkə printerləri və skanerlər kimi avadanlıqların sazlanması üzrə biliklər.
İş barədə məlumat:
- Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması;
- İstifadəçi kompüterlərində və İKT avadanlıqlarında baş vermiş problemlərin müəyyənləşdirilməsi və operativ şəkildə aradan qaldırılması;
- Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımi texniki işlərin görülməsi;
- Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpası;
- Sistem səhvlərinin aşkarlanması və aradan qaldırılması;
- İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İP telefonların ayarlanması, e-poçt hesablarının qurulması, printer və skanerlərin sistemə əlavə olunması və digər müvafiq texniki işlərin icrası;
- Zəruri hallarda masaüstü və noutbuk avadanlıqlarının texniki hissələrinin yenilənməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “İT üzrə kiçik mütəxəxssis” yazaraq göndərə bilərlər.